Darayı bağlar Kim idi
Müəllif: Ululu Kərim
Ululu Kərimlə bağlı rəvayət
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.

Səndən xəbər alım, ay Molla Sadıx,
Sifdə bu dünyaya gələn kim idi?
Quranın yox, yetmiş iki quranın,
Zərin, zəbərin hər bilən kim idi?

Sənə nəsib olsun bu fitrə-zəkat,
Məni lağa qoyub eyləmə zəkat,
Hansı namaz altmış iki salavat,
Halalı, haramı bölən kim idi?

Sən də bir mollasan lağa güləndə,
Xəcalət çəkərsən üzə gələndə,
Kərim divanədi, hamı danəndə,
Pilləkəndən yenib çıxan kim idi?