Vikimənbə:Günün mətni/İyun 16
Kənd həkimi
Frans Kafka
Mən çox çıxılmaz vəziyyətdəydim; təcili getmək lazım idi; on mil aralıdakı kənddə məni ağır xəstə gözləyirdi; onunla mənim aramızı dəhşətli çovğun kəsmişdi; mənim arabam vardı, elə bizim kənd yolları üçün yarayan yüngül və hündür təkərli araba; əlimdə yol çantası, özüm də kürkə bürünüb getməyə hazır vəziyyətdə həyətdə dayanmışdım; di gəl, atım yox idi! Builki sərt qışın ağrı və məhrumiyyətlərinə dözməyən at ötən gecə gəbərmişdi; qulluqçum kəndi axtarmağa başladı ki, bəlkə biri mənə at verə, lakin gözlədiyim kimi ümidsiz cəhd. Və mən getdikcə sıxlaşan qarın altında hərəkətsizlikdən keyiyərək boş – boşuna dayanıb durmuşdum. Bu da qulluqçum, o təkdir; hələ darvazanın yanından fanarla mənə işarə edir. Əlbəttə ki, belə bir vaxtda, üstəlik də bu cür yol üçün heç kim atını mənə verməzdi! Yenə də həyətdə var – gəl etdim, lakin onsuz da ağlıma bir şey gəlmədi. Qayğılı və fikirli halda istifadəsiz qalmış donuz pəyəsinin laxlayan qapısına ayağımla toxundum. Qapı açıldı və rəzələri cırıldadı. Pəyədən hərarətlə birgə elə bil at iyi də gəlirdi. Tavandakı kəndirdə tutqun fənər yellənirdi. Alçaq anbarçada ikiqat bükülüb oturmuş yekəpər bir kişi m.n. sarı çevrilib göy gözlərini üzmə zillədi.
- Əmrinizlə həyərləyimmi ? – deyə o iməkləyə -iməkləyə soruşdu.
Bilmədim ki , ona nə deyim. Fəqət əyildim ki, orada daha nə olduğunu görüm. Qulluqçu qız onun yanında dayanmışdı.
- Varlının heç ağlına da gəlməz ki, onun təəssüratında nə var, nə yox, - qulluqçu qız belə deyən kimi hər ikimiz güldük.