Vikimənbə:Günün mətni/aprel 10

Yox
Məhəmmədəli bəy Məxfi

Hәr kәsin kim, can üçün bir mehriban cananı yox,
Öylә bilsin cismi var, amma içindә canı yox.

Bir könül kim, xalidir alәmdә zövqi-eşqdәn,
Bir xәrabә mülkә bәnzәr kim, onun sultanı yox.

Lәblәrin bir abi-heyvandır, xәtin zülmәt ona,
Böylә zülmәt içrә Xızrın çeşmeyi-heyvanı yox.

Hәr ay olduqda müdәvvәr var bir nöqsanı, leyk
Bәdrlәnmiş aydır, ol arizin[in] nöqsanı yox.

Zülfünә eşq әhli iman vermәyin zahid әgәr
Küfr söylәrsә, nola ol kafirin imanı yox.