Vikimənbə:Günün mətni/aprel 15
Ya rəb, kərəm et, ol büti-mehparə qayıtsın
Heyran xanım
Ya rəb, kərəm et, ol büti-mehparə qayıtsın,
Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.
Bu dil ki ona mənzil idi, oldu xərabə,
Əzm etsə əgər yar dəxi, harə qayıtsın?
Şanə çəkibən çin-çin elə, sal üzə zülfün,
Qüllab kimi ucları rüxsarə qayıtsın.
Mürqi-dili-zarim genə avarə qalıbdır,
Zülfün xəmin aç, ta ki, bu avarə qayıtsın.