Vikimənbə:Günün mətni/aprel 23

Amandı
İsoy Qurbanov

Birincidə deyim, ey qadir Allah,
Qurtar məni, bu dar gündən, amandı.
Haqq yoluynan getdim vallahi-billah,
Qurtar məni, bu dar gündən, amandı.

İkincidə deyim, cəddi peyğəmbər,
Ey cənabı Əli, - ey qətli əntər!
Gəl yetiş dadıma Cənabı Qənbər,
Qurtar məni, bu dar gündən, amandı.

Bismillahdı hər bir sözün əvvəli,
İlkin o kəlməni deyirəm, bəli.
Gəl yetiş haraya Cənabı Əli,
Qurtar məni, bu dar gündən, amandı.