Vikimənbə:Günün mətni/aprel 29
Dərdi-eşqə hər ki, ol dəmsaz ola
Həbibi
Dərdi-eşqə hər ki, ol dəmsaz ola
Ol gərək labüd ki, əhli-raz ola.
Aşiqi-sadiq odur məşuqunun
Yoluna can tərk edə, sərbaz ola.
Dəmdə min gəz qal edərsə aşiqi,
Qəmzəsi məşuqunun xud az ola.
Aşiqa, cövrü cəfavü dərdü qəm,
Zövqü şadi, hüsnü xülqü naz ola.
Hər məzəllət ki, irişə məşuqdən,
Aşiqə xud ol qəmu ezaz ola.
Aşiq anda necə tövbə edə kim,
Abü səbzə, şahidü mey saz ola.