Vikimənbə:Günün mətni/avqust 24

Çiçək dağı
Dadaloğlu

 
Alaydım da cürə sazım dizimə,
Sürmələr çəkəydim ala gözünə.
Cahan gözəl olsa – girməz gözümə,
Səndə gümanım qaldı, Çiçək dağı.

Bu qarşıki dağda yanar bir işıq,
Aldırmış sevdiyin, ağlar bir aşiq,
Bir ceyran baxışlı, zülfü dolaşıq,
Səndə gümanım qaldı, Çiçək dağı.

Dadaloğlu söylənməyir boradan,
Yıxılsın bu dağlar, qalxsın aradan.
Elbəylidən gəldim, qurtar, Yaradan,
Səndə gümanım qaldı, Çiçək dağı.