Vikimənbə:Günün mətni/fevral 17

Purpuravas və Urvaşi haqqında hekayət
Hind nağılları

Vivasvatın oğlu Manu Himalay dağında tufana düşdü, sağsalamat qurtardığına görə tanrılara nəzir verdi: dağın başından suya bir az kəsmik, bir azca da yağ tulladı. Həmin nəzirdən İla adlı bir arvad yarandı. O, xalq arasında Manunun qızı kimi tanındı. Sonra Manu asqırdı, onun asqırığından İkşvaku adlı oğlan doğuldu, onun daha sonra səkkiz oğlu da oldu. İkşvakudan, Şərqdə hökmdarlıq edən Günəş nəslinin şahları törəndilər.
Ay tanrısı Somonun oğlu Budxa, Manunun qızı İla ilə evləndi. Onların bir oğlu oldu, adını Pururavas qoydular. Qərbdəki öl- kələri idarə edən Ay nəslinin ilk şahı həmin oğlan oldu. Pururavas qüdrətli və ədalətli şahıydı, böyük-böyük ölkələr, okeanlardakı adalar şahlığına daxil idi, məziyyətlərinə görə tanrılara tay idi. Rəvayətə görə günlərin bir günü Arzu, Mənfəət və Yaxşılıq ona baş çəkirlər. Şah onların hər üçünü hörmətlə qarşıladı, amma Yaxşılığa daha çox ehtiram göstərdi. Özlərini təhqir edilmiş sayan Arzu və Mənfəət Pururavası lənətlədilər. Arzu gələcəkdə onun sevgilisindən ayrı düşəcəyini dedi, Mənfəət isə tamahkarlığından öləcəyini söylədi. Yaxşılıq isə onların lənətlərini yumşaltdı, şahın uzun ömür sürəcəyini, varislərinin isə Yer üzündə şahlıq edəcəyini dedi. </poem>