Vikimənbə:Günün mətni/fevral 2

Dolanır
Aşıq Ələsgər

Axşam-sabah, çeşmə, sənin başına
Bilirsənmi, necə canlar dolanır!?
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülflü pərişanlar dolanır.

Afərin xudanın haqq-sayına!..
Camallan bənzər bayram ayına,
Belə gözəllərin xaki-payına
Mənim kimi çox qurbanlar dolanır.