Vikimənbə:Günün mətni/fevral 22

İçәridәn
Məhəmmədəli bəy Məxfi

Oğrun yenә әğyarә baxar yar içәridәn,
Bu baxmağı, әlhәq, mәni odlar içәridәn.

Hicrindә gözüm yaşı töküldükcә qutarmaz,
Guya ki, bu qan çeşmәsi qaynar içәridәn.

Şәhdi-lәbini sormasa, sönmәz dili-suzan,
Әzbәs ki, yanır narә o bimar içәridәn.

Könlümdә olan yarәni bir-bir görәsәn ta,
Bir xәncәr alıb köksümü sәn yar içәridәn.