Vikimənbə:Günün mətni/fevral 27
Yox
Aşıq İslam
Bir ağacda beş budaq var,
İksinin meyvəsi yoх.
Üç budaqda altı nar var,
O narın dənəsi yoх.
Üç budaqda yetmiş iki,
Haçasın aydın gördüm.
Doхsan altı bülbüldü,
Heç birinin nəfəsi yoх.
Hər bülbüldə bir almaz var,
Əl vurma dəsdin kəsər,
Hər budaqda bir yarpaq var,
Gecə-gündüz hey əsər;
Otuz cansız zərif gördüm,
Budaqları hey bəzər.
Hər budaqda şah əyləşib,
O şahın libası yoх.