Vikimənbə:Günün mətni/fevral 28

Sənəm, al
Növrəs İman

Ey təzə şahbazım, həm sərvnazım
Qulluğuna bir ərzim var, Sənəm, al!
Yolunda sadağa candı niyazım,
Layiq deyil qurban kəsəm sənə mal.

Götürmüşəm çox sağalmaz yara mən,
Qəm çəkərmi ləblərindən, yar, əmən!?
Layiq olsam qulluğunda yara mən,
Geydirərəm al üstündən, Sənəm, al.

Növrəs İman, günün gəldi nə qara!
Bad əsdi, zimistan oldu nə qara.
Çarxı-gərdiş yenə çaldı naqara,
Ay, gün kəmənd atdı, qurdu Sənəm, al.