Vikimənbə:Günün mətni/fevral 6

Oxuya bilmədim
Mixail Lermontov

Çıxıram yollara yenə tək-tənha,
Duman yollar boyu dolaşır yenə.
Gecə lal, Allaha yalvarır səhra,
Ulduz-ulduz ilə danışır yenə.

Göylərdə cazibə, vüqar, əzəmət,
Mavi bir duvağa bürünüb aləm.
Niyə ürəyimi üzür qəm, həsrət,
Mən kimə yanıram, nə gözləyirəm.

Heç nə gözləmirəm həyatdan əfsus,
Keçmiş əzabları atmaq istəyirəm.
Azadlıq, rahatlıq gəzirəm yalnız,
Unudub hər şeyi yatmaq istərəm.