Vikimənbə:Günün mətni/iyul 1

Billahi
Mirzə Hüseyn bəy Çakər

Fəraqi-arizi-alın od salıb canə, billahi,
Könül dərdi-fəraqindən dönübdü qanə, billahi.

Qılıb zülməti-zülfündə könüllər Xızır tək heyran,
Qəlbində talıb olmuş çrşməyi-heyvanə, billahi.

Əzizim, gözlərim hifz et ki, çox qan etməsin axır,
Bu qədri qan edən, vəhm et ki, düşsün qanə, billahi.

Görən dəm xalını, zülfün kəməndi-tar ilə tutmuş,
Salıb könül mülkünü, verməz danə, billahi.