Vikimənbə:Günün mətni/iyul 2
Bahalıq
Aşıq Ələsgər
Görməmişdik səksən ildə
Bir belə yaman bahalıq.
Dad !Həzər dad! Əlindən
Çəkirik aman bahalıq!
Mal satan taxıl satan
Satırlar iman bahalıq
Gen dünya bizim üçün
Olubdu zindan bahalıq!
Günü –gündən dərdimiz
Eyləyir tüğyan bahalıq!
İndən belə başımızda
Namərdlərin töhmətidi
Hansı məclisə gedirsən
Arpa darı söhbətidi:
Qartop ilə ayran aşı
Süfrəmizin nemətidi:
Buraya bahalıq salan
Qeyri yerin millətidi:
Nə işə əl atırıqsa
Oluruq peşman bahalıq!