Vikimənbə:Günün mətni/iyul 28
Dust bipərva, fələk birəhm, dövran bisükun
Məhəmməd Füzuli
Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale' zəbun.
Sayeyi-ümmid zail, afitabi-şövq gərm,
Rütbeyi-idbar ali, payeyi-tədbir dun.
Əql dun-himmət, sədayi-tənə yer-yerdən bülənd,
Bəxt kəmşəfqət, bəlayei-eşq gün-gündən füzun.
Mən qəribi-mükü rahi-vəsl pürtəşvişü məkr,
Mən hərifi-sadəlövhü dəhr pürnəqşü füsun.
Hər səhiqəd cilvəsi, bir seyli-tufani-bəla,
Hər hilaləbru qaşı, bir sərxəti-məşqi-cünun.
Yeldə bərgi-lalə tək təmkini-daniş bisəbat,
Suda əksi-sərv tək təsiri-dövlət vajigun.