Vikimənbə:Günün mətni/iyun 13
Dağlar
Aşıq Ələsgər
Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir – birindən aralı dağlar
Xəstə üçün təpəsində qar olur
Hər cür çiçək açır laləzar olur
Çeşməsindən abi – həyat car olur
Dağıdır möhnəti məlalı dağlar
Yazın bir ayıdı çox yaxşı çağın
Kəsilməz çeşməndən gözəl yığnağın
Axtarma motalın yağın qaymağın
Zənbur çiçəyindən bal alı dağlar!
Yayın əvvəlində dönürsən xana
Son ayda bənzərsən yetkin bostana
Payızın zəhməri qoyar virana
Dağıdar üstündən cəlalı dağlar.