Vikimənbə:Günün mətni/mart 1
Xəbər alsan bu vilanın əhvalın
Qasım bəy Zakir
Xəbər alsan bu vilanın əhvalın,
Bir özgədir keyfiyyəti-Qarabağ.
Həqdi, bundan əqdəm görübsən səndə,
Hanı o qaidə, o qanunsəyaq?
Qüttəüttəriqin vüfuru vardir,
Yaylaqda, aranda qatar-qatardir,
Yenə ötür-ötür, apar-apardir;
Bizim başımızda çatdadı çanaq.
Zərgər, Drağarda aləm-aşikar,
Bir ucdan oğurlar, biri ucdan satar,
Vay odur-sahibi at başı tutar,
Yüz yerdən tökülür üstünə çomaq.
Belə vilayəti dağıtsın Tarı,
Ziyadə məğşuşdu Ərəs kənarı,
Xurda, Parababı, Qarğabazarı,
Maralyan, Horadiz, Nüzyar, Quyucaq.