Vikimənbə:Günün mətni/may 24

Ey nafeyi-Çin
İmadəddin Nəsimi

Ey nafeyi-Çin saçın siyahı,
Hüsnün dəli qıldı mehrü mahı.

Şəqqülqəmər oldu istivadən,
Şərh eylə bu sirrini kəmahi.

Ey eşqə ədüvvü, hüsnə münkir,
Təzvir ilə çəkmə bunca ahı!

Gər ne’məti-cavidan dilərsən,
Heyvanlara qoy bu abü kahı.

Ey eşqə günah deyən günahkar,
Tərk eyləməzəm mən ol günahı.

Çün vəhdətə buldu yol müvəhhid,
Cərh oldu bu münkirin güvahı.