Vikimənbə:Günün mətni/may 5
Ey türki-pərizad
İmadəddin Nəsimi
Bu nə adətdir, еy türki-pərizad,
Qəmindən olmadım bir ləhzə azad.
Siyəhdil gözlərin qan tökmək içün
Çəkibdir tiğini manəndi-cəllad.
Bu bidadı mana еşqin qılıbdır,
Cahanda qılmadı Nəmrudü Şəddad.
Rəvamı, könlümün şəhrində səndən
Fəraqü qüssəvü qəm tutdu bünyad.