Vikimənbə:Günün mətni/sentyabr 14

Kim ola dün gün işində fikrü tədbir eyləməz
Əhməd Cəlayır

Kim ola dün gün işində fikrü tədbir eyləməz,
Neylesün tedbiri bəndə çün ki təqdir eyləməz.

Xeyru şər nəkkaşi biçün yazdı bir ləvhi cəbin,
Adəm oğlı cəhd idüp ol nəqşi təğyir eyləməz.

Ayəti nəhnu kasəmna manisin hər kim bilür,
Yafalullah ma yəşa bu sirri təfsir eyləməz.

Hər kimə oldı müyəssər künci gənci mərifət,
Padişahi vaxt olubdur xidməti mir eyləməz.

Hər kimü ki kim ağlı vardur ol bilür hali nədür,
Bu güni təfilayə qoyup anı təhir eyləməz.

Arif oldur haliya işbu ölümlü dünyadə,
Şahidü şəmü şərabu [sazı] təqdir eyləməz.

Dəftəri ömri hisabı axir oldı cahilüfi,
Bəd əməldür cüz qəmi bihüdə təvfir eyləməz.

Dəm gəçürdi mərdüm-i dil-xəstəyi çeşmüm mənüm,
Cüz sirişki lalə-gün dərnamə təhrir eyləməz.

Qumrivü bülbül oxur, Haqq zikrini hər dəm vəli.
Əhməd ibni Veys oxur bu sözi təqdir eyləməz.