Vikimənbə:Günün mətni/sentyabr 30

Məzəni bilər
Zinhari

İnsan dünyaya gəlincə,
Əvvəl süd məzəni bilər.
Beş yaşda oynayıb gülsə,
Çarx vurub gəzəni bilər.

Yeddidə mollaya varsa,
Kəlamı alıb yürürsə,
On dördündə kitab görsə,
Xətt oxur, yazını bilər.

Adam yetsə on beşinə,
Hər xəyal gələr başına.
Yetsə on altı yaşına,
Ol qamət-azanı bilər.