Vikimənbə:Günün mətni/yanvar 24

Qars müqaviləsi

Bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər:

  1. Ermənistan Sosialist Sovet Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı; Poqos Makinzyan, xalq daxili işlər komissarı.
  2. Azərbaycan Sovet Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı.
  3. Gürcüstan Sosialist Sovet Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı; Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı.
  4. Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı; Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili; Muxtar bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini; Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.
  5. Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski, Latviyada səlahiyyətli nümayəndə.