Vikimənbə:Günün mətni/yanvar 8

Çiçək
Mirzə Əli Möcüz

İki qız aldın әlimdәn, boyadın qanә, çiçәk!
Bu ki bir danәdi, rәhm eylә bu oğlanә, çiçәk!
Dedim: "Oğlana çiçәk döydürәk", övrәt dedi: "Yox"
Etiqad eylәmәdim mәn dә o dәrmanә,çiçәk.
Titrәrәm bәrgi-xәzan tәk gecәlәr ta bәsәhәr,
İki qurban kәsәrәm gәr gedә Dәryanә çiçәk.
Xәlq edib xaliqi-can, ey bacı, hәr dәrdә dәva,
Aqil ilә işi yox, bәnd olu nadanә çiçәk.
Lövhi-mәhfuzә yazılmış: "Gәrәk ölsün balalar!"
Bu "Gәrək" lәfzi gәrәk od vura İranә, çiçәk!
Qәbr qazmaqdan olubdur әl-ayağı şil-küt,
Bizә rәhm eylәmәsәn, rәhm elә gorkanә çiçәk.
Gözәli çirkin edib, eylәmә rüsvayi-cahan,
Qorxuram qızlar әlindәn qaça Tehrana, çiçәk!
Qızların şikvәsini gәr eşidә şahi-cahan,
Bağlar әl-qollaruvi, göndәri zindanә, çiçәk.
Bu qızı kim alacaq qoynuna, ey vay bәmәn,
Qaşı yox, kirpiyi yox, bәnzәmir insana, çiçәk.