Vikimənbə:Günün mətni/yanvar 29: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
NKOzi (müzakirə | Fəaliyyətlər)
Səhifəni ''''And olsun'''<br /> ''Mikayıl Müşfiq'' <div style="text-align: left; font-size: 90%"> <poem>Şairləri qanadında bəsləyən İnsanla...' ilə yarat
(Fərq yoxdur)

14:52, 29 yanvar 2013 tarixindəki versiya

And olsun
Mikayıl Müşfiq

Şairləri qanadında bəsləyən
İnsanların həyatını süsləyən
İncə ruhlu mələklərə and olsun!

Boynundakı dalğa-dalğa tellərə,
Qaşlarının altındakı sellərə,
Qəlbindəki istəklərə and olsun!
 
Gül üzündə yeni-yeni açılmış,
Xoş iyisi ürəyimə saçılmış
Qoxladığım çiçəklərə and olsun!
 
Qumruların yatağını oxşayan,
Pişik kimi ayağını oxşayan
Salxım-salxım küləklərə and olsun!