Vikimənbə:Günün mətni/yanvar 26: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
NKOzi (müzakirə | Fəaliyyətlər)
Səhifəni ''''Göytəpə göyərdi, ərim məni döyərdi'''<br /> ''Azərbaycan xalq nağılı'' <div style="text-align: left; font-size: 90%"> Biri varıymış, biri yoxuymuş, bir...' ilə yarat
(Fərq yoxdur)

15:07, 30 yanvar 2013 tarixindəki versiya

Göytəpə göyərdi, ərim məni döyərdi
Azərbaycan xalq nağılı

Biri varıymış, biri yoxuymuş, bir kasıb qız varıymış. Bu qızın bir boyu-buxunu varıymış ki, lap pəhlivan kimi, özü də çox qoçax qızıymış. Gündə üç əppək para yeyib, üç kələf yarım da yun əyirərmiş. Elə ki, yeməyi bir gün az olurmuş, işləyə bilməzmiş, yaman gödəmbuliymiş. Günnərin birində bu qız üç əppəyi yeyir, amma parası çatmır. Odu ki, çıxıb damlarının üstünə qışqırıb ki, üçünü yedim, param vay, üçünü yedim, param vay. Elə bu hində bir tacir dəvə karvanıynan yolnan gedirmiş. Kişi qıza məəttəl qalıb qonum-qonşudan soruşur ki:
– Bu niyə belə eləyir?
Qonşulardan biri deyir ki:
– Bu qız gündə üç əppək para yeyib, üç kələf yarım da yun əyirir. Bu gün üç əppək yeyib, parası çatmayıb, odu ki, belə şivən qopardır.
Tacirin qız xoşuna gəlir, həm də fikirləşir ki, elə yaxşı olar, mən alverə gedəndə o da evdə yun əyirər, satıb bir az da ordan qazanaram. Tacir qızın qonşusuna deyir:
– Gəlsənə onu mənə alasan.
Qonşusu tacirin sözünə razı olur. Əhvalatı gedib qıza danışır. Qız deyir:
– Mən tacirə gedərəm, amma şərtim var, gərək ona əməl eləyə.
Qonşu deyir:
– Şərtin nədi?
Qız deyir: