"Müəllif:Əliağa Vahid" səhifəsinin versiyaları arasındakı fərqlər

1.200 bayt çıxarıldı ,  4 ay öncə
Nəzərə çarpan dəyişiklik yoxdur.
Teqlər: Mobil redaktə Mobil veb redaktə
 
== Qəzəllər ==
*
Dindir məni hərdən, gözəlim fürsət olanda,
Vəslin bizə bir an, nə olar, qismət olanda?
 
Bax, gör, məni zülfün nə pərişanlığa saldı,
Bir gün açaram dərdimi cəmiyyət olanda.
 
Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm,
Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda.
 
Biganə əgər olmasa, tez vəslə yeyərdik,
Kim xeyir görüb düşməni kəmfürsət olanda?
 
Zülfün ki, tutub ruyini, çox qorxuram ondan,
Aləm toxunar bir-birinə zülmət olanda.
 
Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,
Bülbül dayanarmı gülünə həsrət olanda?
 
Vahid, hələ qarşında böyük bir gələcək var,
Dünya bizə ləzzət verəcək cənnət olanda!
 
* * *
Mən sevgilim eşqində gərək bülbül olaydım
Mərmər sinən üstündə qızıl bir gül olaydım
 
Zülfüntək uzandıqca öpəydim ayağından
Sən seyrə çıxan yerdə dönüb sünbül olaydım
 
Əmdikcə o gül ləblərini nəşələnəydim
Sərməst gözüntək gecə-gündüz lül olaydım
 
Əğyar ilə hər gün səni bir yerdə görüncə
Hicran oduna kaş yanardım kül olaydım
 
Vahid mənə çoxdan bu can ağırlıq edirdi
Ey kaş onuda yarə verib yüngül olaydım
 
== Tərcümələri ==
 
14.554

edits