Xoş gəldin (Aşıq Əli Xanxanımoğlu)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Xoş gəldin Müəllif: Aşıq Əli Xanxanımoğlu |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Səni ağlar gördüm, dərdim çoxaldı,
Qədəm basıb sən bu yana xoş gəldin.
Ağlama, amandı yarılır bağrım,
Loğmansan, təbibsən, cana xoş gəldin.
Müştağam əzəldən ala gözünə,
Şəhdi-şəkərinə, şirin sözünə,
Naz-qəmzə qıl, günəş doğsun üzünə,
Gözüm baxsın zənəxdana, xoş gəldin.
Mən səni görəndə dərdim azaldı,
Taqətə gəlibən qəddim düzəldi,
Boyun tamaşadı, zülfün gözəldi,
Əli qurban qədəminə, xoş gəldin.