Xoruz və çaqqal hekayəsi

Xoruz və çaqqal hekayəsi
Müəllif: Seyid Əzim Şirvani


Sübh vəqtində bir qoca çaqqal
Aclıq etmişdi çox onu bihal.
Gördü kim bir xoruzi-rənginmu
Eyləyir bir ağacda “quqqulu-qu”.
Sordu çaqqal: - Ey xoruz, nə var?
Dedi: - Vəqti-nəmazdır əzkar.
Bu minar üstə mən azan verirəm,
Xəlqə sübh olduğun nişan verirəm.
Dedi kim, ey xoruzi-xoşavaz,
Düş əşağə, qılaq xudayə namaz.
Dedi: - Bəs qoy imamız gəlsin,
Vacibül-ehtiramımız gəlsin.
Dedi: - Kimdir imamın, ey zirək?
Dedi: - Kənd içrə zorba, qıllı köpək.
Dedi bəs mən gedim bulağə tərəf,
Dəstəmazım mənim olubdu tələf.
Köpək adın eşitcəyin çaqqal
Xövfdən durmadı, qaçıb filhal.