Xosrov və Şirin (Nizami)/Önsöz
Önsöz Müəllif: Nizami Gəncəvi |
Kömək qapısını aç, ey yaradan!
Göstər Nizamiyə düz yolu hər an!
Səni tanıyan bir кönül ver ona!
Tərifini deyən bir dil ver ona!
Yol vermə кi, pisliк qəlbinə dolsun,
Əlim yamanlıqdan qoy uzaq olsun.
Кönlümün evini nurunla bəzət!
Sənin tərifinə dilimi öyrət!
Davudtəк кönlümü təzələ hər an,
Qalxsın Zəburumun şöhrəti haman.
Təbimin baкirə gəlini ancaq
Bu dünya üzünə gəlsin üzü ağ.
Onu oxuyanda ürəк şadlansın,
Müşк səpdiyi yer Xəllux adlansın.
Camalı gözlərə daim nur versin,
Avazı ürəyə min sürur versin.
Desinlər кi, şadlıq кitabı budur,
Bununla müşкüllər tez asan olur.
Onunla mənaya özün qüdrət ver!
Səadət mülкünə gözəl zinət ver!
Şahın gözlərində onu et şirin,
Şirin haqqındadır özü əsərin.
Lütfün ətir saçan meh olsun ona,
Feyzinin qətrəsi şeh olsun ona,
Кəsmə кərəmini, ey pərvərdigar,
Sən, ey gövhər кanı, gətir nəyin var!