Yoxdu (Aşıq Əziz)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yoxdu Müəllif: Aşıq Əziz |
Ay ağalar, sizdən sual eylərəm:
Mən niyə kasıbam, dövlətim yoxdu?
Düşmənin diləyi gəlib yerinə,
Qız külfəti basıb, öylətim yoxdu.
İllah da ki, kasıblığın azarı,
Alıbdı canımı, qalmayıb yarı.
Oğurluq əlimdən gedəndən bəri,
Kəsilif urvatım, hörmətim yoxdu.
Aşıq Əziz deyər, düşə dəstimə,
Kor yapalaq nə giribdi qəsdimə!?
Çox tülkülər baş qaldırıb üstümə,
Patronum, tüfəngim, qüvvətim yoxdu.