Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Mirzə Hüsen "Zülali" təxəllüs

Mirzə Həsən "Mirzə" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Mirzə Hüsen "Zülali" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüs


Mirzə Hüseyn Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında məlumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur:

Qəzəli-Mirzə Hüseyn Zülali:

Gülü gülzarı dünyanın cəfayi-xarına dəyməz,
Meyi-gülgun xumarı verdiyi azarına dəyməz.

Ola Qarun tək gəncin, müsaid olsa iqbalın,
Çəkən həsrət gedən dəm dövlətin idbarına dəyməz.

Güzidə məkulatın ləzzətin bilmək fəna üzrə
Bəqa zəqquminin bir qətrə zəhrimarına dəyməz.

Əgər kamil ola ol meypərəstin əqli başında,
Gəlib meyxanənin hər gün başi divarına dəyməz.

Qoyub xəllaqını məxluqdən hər kim dilər rizqin,
Onun "aməntü billah" etdiyi iqrarına dəyməz.

Zülali bəzmi-ürfanda əgər lafü gəzaf etsə,
İnanman doğrudur göftarı, bu girdarına dəyməz.