Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Nəsimi Şirvani (məqalə)

Nişat Şirvani Azərbaycan ədəbiyyatı. I cild. Nəsimi Şirvani
Müəllif: Firudin bəy Köçərli
Qövsi


Bu şairin kəlamlarından ancaq bir qəzəlin yazılmasına iktifa etdik:

Dünü gün müntəzir oldum ki, bu pərgar nədir,
Gərdişi-çərxi-fələk, günbədi-dəvvar nədir?

Fələkin əsli nədəndir, mələkin əsli nədən
Adəmin surətinə bunca tələbkar nədir?

Bisütun çərxi-müəlləq nədən oldu tərtib,
Fələk altında qəmər, kövkəbi-səyyar nədir?

Məkəsin təbinə bax, bal nədən, zəhr nədən,
Yenə bu məsələdə nur nədir, nar nədir?

Tərki-dünya qılasan böylə Nəsimi olasan,
Ola bir gün deyəsən xirqəvü dəstar nədir?