Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Rafei (məqalə)

Qarabağ-Şuşa şəhəri Azərbaycan ədəbiyyatı. I cild. Rafei
Müəllif: Firudin bəy Köçərli
Seyid Əbülqasım Nəbati


Bu şairin dəxi ismü nəsəbi və məhəllü məkanı məlum deyil. Şiveyi-lisanından Qafqaz əhli olduğu anlaşılır. Vaqifin müasirlərindəndir. Mürəbbeatından birisi zeyldə yazılır:

Sən necə həmdəmsən, ey badi-səba,
Nə müddətdir xəbərin yox halimdən.
Nuh kimi qərq oldum qəm girdabına,
Dərdməndəm, nolur tutsan əlimdən?

Əfsunçu kar etməz zülfün marına,
Cismim düşdü ənbər telin tarına,
Pərvanə tək yandım eşqin narına,
Bülbül təki əl üzmüşəm gülümdən.

Məndə xəyal vüsalına yetməkdir,
Sənin meylin qeyri həmdəm tutmaqdır,
Mən bülbüləm, işim fəğan etməkdir,
Gəl yanıma, qaçma dərdi-dilimdən.

Yusifi Misirdə zindan öldürdü,
Züleyxanı dərdi-pünhan öldürdü,
Rafeini dərdi-hicran öldürdü,
Özün yetir, qurtargilən ölümdən.

Söz yoxdur ki, Rafeinin qəsdi bu şerləri düzməkdən Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə nəzirə yazmaq imiş və lakin onların kəlamları ilə Rafeinin şerləri arasında təfavüt yerdən göyəcəndir:

Daneye-felfel siyaho xale-məhruyan siyah,
Hər do del suzənd, əmma in kocavo an koca. [1]

[1] Tərcüməsi:
İstiot dənəsi də qaradır, ayüzlülərin xalı da,
Hər ikisi ürək yandırır, amma bu hara, o hara?