Təkatək Darayı bağlar
Müəllif: Ululu Kərim
Kim idi
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.

Yüz on dörd dərvişin on dörd püstü var,
Hər püstündə səkkiz darayı bağlar.
Altı min, altı yüz, altmış altı gün,
Tutubdur dörd dəstə darayı bağlar.

Hər zaman qurulu bir çadır otaq,
Dörd darvazası var hər biri üç tağ,
On iki fanustu, qırx səkkiz çıraq,
Üç yüz altmış tənəf darayı bağlar.

Kərim tifil ikən bala bələndi,
Əmdi ləbin şəftin bala bələndi,
Hicrandan çulğaşdı bala bələndi
Qəmdən bələk bükən darayı bağlar.