Deyərsən (Aşıq Qurbani)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Deyərsən Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
1-ci variant
Şahi-xuban, mənim ərzi-halımı,
Əlbət, əlbət nazlı yara deyərsən!
Xəstə düşdüm, qaldım onun kuyində
Üzü dönmüş sitəmkara deyərsən!
Səni o, görcəyin əlbət, dindiri,
Aşiq məşuqunu oda yandırı,
Dərdim anbar-anbar, dərmanım Pəri,
Mən qalmışam nə avara, deyərsən!
Qazanmadıq bu dünyanm malını,
Geyinmədik yaşılım, alını,
Dirli Qurbaninin ərzi-halını,
Yalvara-yalvara yara deyərsən!
2-ci variant
Qasid, gedәr olsan yarın yanına,
Mәnim әrzi-halım yara deyәrsәn.
Әgәr xәbәr alsa yar әhvalımı,
Könlüm şikәst, günüm qara deyәrsәn.
Getsәn, ölkәsindә bir zaman yuban,
Görsә, xәbәr alar o şirinzәban,
Sәn olasan sәni şahi-Xorasan,
Mәn qalmışam nә avara, deyәrsәn.
Gedәrsәn Pәrinin xaki-rahına,
Könül sәcdә qılır hәq dәrgahına,
Qәsrindәn çıxanda seyrәngahına
Yar yanınnan vara-vara deyәrsәn.
Aralıqdan haq götürsün xayını,
Xain olan haqdan almaz payını,
Tifil Qurbaninin әrzi-halını
Yalvara-yalvara yara deyәrsәn.
Xarici keçidlər
redaktə- Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.