Mişkatu-l-ənvar/Düzlər məsləkini izləyənlər dastanının davamı
←Can yaxan eşqin işığından bir şüa | Mişkatu-l-ənvar. Düzlər məsləkini izləyənlər dastanının davamı Müəllif: Abbasqulu ağa Bakıxanov |
Muştuluq xəbəri→ |
Bu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,
Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Birdən artıq coxluğa uz qoyan dəmdə bu vəhdət,
Gorunuşlə xasiyyətdə yarandı bir ziddiyyət.
Vəhdət durur oz başına, hec asılı olmadan,
Gorunuşdə, xasiyyətdə həm əyandır, həm nihan.
Kainatın oz sirri var baxma ona havayı,
Hər şey doğub məhv olmada bircə ondan savayı.
Coxluq təzad yaradırsa əsrarəngiz vəhdətə,
Aşiq-məşuq ad verildi bu əzəli hikmətə.
Hər bir işdə nazu niyaz tələb edir bu dovran,
Bu cur ancaq işlərdəki noqsan qalxar aradan.
İstəyirsən gizli sirlər sənə olsun aşikar,
Qurandakı ≪Allahu nur≫ ayəsini et təkrar.