Mişkatu-l-ənvar/Muştuluq xəbəri
←Düzlər məsləkini izləyənlər dastanının davamı | Mişkatu-l-ənvar. Muştuluq xəbəri Müəllif: Abbasqulu ağa Bakıxanov |
Eşqdə təmizlik haqqında→ |
Bu rəmz ilə xitab etdi Xəlilullah insana,
Ona şahid ayla, gunəş, odur allah insana.
Yemək, sevgi arzusuyla yaşamaqda bu bəşər,
Ulduz kimi bu arzular başı ustə cilvəgər.
Şərafətə minər insan artarsa onda şuur,
İnsan idrak sayəsində gunəş kimi sacar nur.
Bir baş daha yuksələrsə donub olar bir mələk,
Gunəş kimi ondan işıq alar sonsuz bu fələk.
Məhəbbətlə gunəş dildə bir adlanır mehr, mehr.
Əbədidir gunəş kimi məhəbbət də, deyil sehr.
Məhəbbətdə dərk eyləyər insan ozu-ozunu,
Sevgi, sevda, məhəbbətlə başlayar hər sozunu.
Qurana bax, genişsə də mənaları, məzmunu,
≪Bey≫lə ≪sin≫lə başlanaraq bitir, yaxşı bil bunu!
Məqsəd belə aydın ikən bu təkrarə nə hacət?
Duz demişlər, ariflərə bir işarə kifayət.