Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/198-ci xütbə
←197-ci xütbə | Nəhcül-bəlağə. 198-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
199-cu xütbə→ |
İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərinin birində oğlu Həsən əleyhis-salamın döyüş meydanına tələsdiyini görərkən buyurduğu kəlamlarındandır.
Mənim yerimə bu gəncə sahib durub onu saxlayın (onun döyüşməsinin qarşısını alın). Məbadə məni kədərləndirsin. Çünki mən bu iki gəncin yəni, Həsənlə Hüseyn əleyhimas-salamın ölümünə xəsislik edirəm (razı deyiləm) ki, onların ölümü ilə Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəsli kəsilməsin. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
O Həzrət əleyhis-salamın «إمْلِكُوا عَنِّى هذَ الْغُلامَ» «mənim yerimə bu gəncə sahib durun» kəlamı ən gözəl və fəsih kəlamlardandır.