Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/199-cu xütbə

198-ci xütbə Nəhcül-bəlağə. 199-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
200-cü xütbə


İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsində), səhabələri onunla «həkəmiyyət» (döyüşən tərəflər arasında hakim təyin etmək) məsələsi barəsində müxalifət edərkən buyurduğu kəlamlarındandır. Camaat! Mənim əmr və fərmanım həmişə - indi müharibə sizi zəif və aciz salana kimi - özüm istəyən şəkildə olub. Allaha and olsun ki, siz müharibəyə könüllü gəlmisiniz, (onu) tərk edən də sizsiniz, halbuki o, düşmənlərinizi daha zəif və aciz salıb. (Buna görə də əgər müxalifət etməsəydiniz Müaviyəyə və Şam qoşununa qalib gələrdiniz və zəfər sizinlə olardı. Amma nə edim?!) Dünən əmr verən idim, bu gün isə əmr edilən; dünən çəkindirən və qadağan edən idim, bu gun isə çəkindirilərək saxlanılan. Siz sağ qalmağı sevdiniz. Mən sizi xoşlamadığınız bir şeyə məcbur etmək istəmirəm. (Sizi müharibə aparmağa məcbur etməyə gücüm çatmır və ya məcbur etməyim məsləhət deyil.)