Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/37-ci məktub
←36-cı məktub | Nəhcül-bəlağə. 37-ci məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
38-ci məktub→ |
İmam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır (ki, onda Müaviyəni məzəmmət edir və Osmana kömək edilməməsində onu günahlandırır).
Allaha həmd-səna edərək Onu hər bir eyb və nöqsandan pak bilirəm. (Əcəba) sənin haqqı zay etmək və etimad olunan şeyləri–Allahın bəyəndiyi və bəndələrinin dəlili olan həqiqətləri kənara atmaq nəticəsindəki şəhvətpərəstliyin, yeni nəfsi istəklərin və tabe olduğun çaşqınlıqlar nə qədər də çoxdur. Osman və onun qatilləri barəsində çox danışaraq çərənləməyinə (və onu məzlum kimi qələmə verməyinə) gəldikdə (bilməlisən ki): (sənin onun qisasını tələb etməyin yersizdir. Çünki) sən Osmana öz xeyirinə olan zaman kömək etdin. Onun xeyrinə olan zaman isə yardım etmədin. Salama layiq kimsəyə salam olsun.