Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/69-cu xütbə

68-ci xütbə Nəhcül-bəlağə. 69-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
70-ci xütbə


İmam əleyhis-salam mübarək başına qılınc vurulduğu gün (Hicrətin qırxıncı ili Ramazan ayının on doqquzu) gecə yarını keçdikdə (sübh açılarkən) buyurdu: (Əbdür-Rəhman ibn Mülcəm Muradinin vurduğu zərbə nəticəsində Ramazan ayının iyirmi biri gecənin əvvəlində o Həzrət vəfat etdi.) Oturmuşdum, məni yuxu basdı, Allahın Rəsulunu (səlləlahu əleyhi və alih) gördüm. Dedim ki; Ya Rəsulullah, sənin ümmətindən çoxlu əyrilik (itaətsizlik) və düşmənçilik gördüm. Buyurdu ki, onlara qarğış et. Mən də dedim: Pərvərdigara, onlardan daha yaxşı şəxslər mənə ver və onlara isə mənim əvəzimə ən pis şəxsi yetir. (O Həzrətin duası müstəcəb oldu. Həccac onlara hakim oldu və cürbəcür zülm və sitəm edərək onları zəlilliyə və bədbəxtliyə düçar etdi.) Seyyid Rəzi buyurur: O Həzrətin أَوَدِ kəlməsindən məqsədi اِعْوِجاج (əyrilik və nadürüstlük), لَدَدِ kəlməsindən məqsədi isə خِصام (düşmənçilik)dir və bu, çox fəsahətli kəlamlardandır.