Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/94-cü xütbə
←93-cü xütbə | Nəhcül-bəlağə. 94-cü xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
95-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (Peyğəmbər salavatullahın vəsfi barəsində) xütbələrindəndir.
Allah-təala insanların (doğru yoldan) azaraq (öz işlərində) sərgərdan qaldıqları, səhv və bəsirətsizliklərinə görə fitnə-fəsad yoluna qədəm qoyduqları bir vaxtda Həzrət Məhəmmədə peyğəmbərlik verdi. (Yersiz) İstək və arzular onları yaxalamış, təkəbbür və xüdpəsəndlik onları yanlışlıqlara vadar etmiş, cəhalət və nadanlıqları onları quşbeyin və qanmaza çevirmişdi. Belə ki, pərişan və öz işlərində narahat (idilər), nigarançılıq və nadanlığa mübtəla olmuşdular. Sonra Həzrət Mustafa (səlləllahu əleyhi və alih) (onlara) nəsihət etməyə çalışdı, doğru yolla hərəkət etdi, (onları) hikmət, bilik və gözəl öyüdlərə dəvət etdi (ki, bədbəxtlikdən qurtularaq dünya və axirət səadətini qazansınlar).