Stalinlə ixtilal xatirələri/Çarlığa qarşı mücadilə yarım yüzil öncə

Stalinlə ixtilal xatirələri Stalinlə ixtilal xatirələri. Çarlığa qarşı mücadilə yarım yüzil öncə
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı
Mənbə: Stalinlə ixtilal xatirələri. Məqalələr toplusu


Qafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiya imperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr əsnasında bütün milli müəssisələrimizi dağıtmaq politikasını güdən çarlıq məqsədinə pək də nail olmamıŞdı. Milli özəllikləri (xüsusiyyətləri) heç bir zaman unutmamıŞ xalqımızda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən yeni bir münəvvər nəsil yetiŞmiŞdi: bu nəsil mənsub olduğu kütləyə istifadə edə bildiyi vasitələrlə xidmət etmək istəyirdi. 1903-cü ildə Uzaq iərqdə tarixi bir hadisə baŞ göstərdi. Avropa mədəniyyətinə uyğunlaŞmıŞ Yaponiya Susima açıqlarında qoca rus imperatorluğunun ta Baltik dənizindən qalxaraq gələn hərb gəmisini bir həmlədə suyun dibinə batırdı; arxasından Port-Arturun fəthi və bir-birini qovalayan yapon zəfərləri gəldi. Bütün dünyanı, xüsusilə Yaxın iərq ilə Şəxsən Rusiyanı həyəcana verən bu hadisə çarlığın əsrlər görmüŞ binasını sarsıtdı. Rusiya daxilindəki hürriyyət və ixtilal ünsürləri hərəkətə gəldilər: bunlar çar rejimindən məmnun olmayan xalq kütlələrini inqilablaŞdırmaq üçün əllərindən gələni əsirgəmədilər. Bu məqsədlə hər tərəfdə hürriyyət və demokratik fikirlərini yayan təŞkilatlar quruldu. Çarlığa qarŞı mücadilə (mübarizə) edən siyasi zümrə və siniflər çarlığı təŞkil edən millətlər, zümrələr və siniflər qədər hər cür rəng və ahəng daŞıyan bir çox partiyalara ayrılmıŞdılar. Fəqət bütün müxalifət və ixtilal partiyası və qruplarını müŞtərək bir bölünmə xətti ilə iki cəbhəyə ayırmaq qabildi. Bunlardan bir qismi Rusiyada parlamentli bir idarə təsisi ilə kifayətlənir, mütləq çarlıq (çarizm) rejimi yerinə məŞruti (konstitusiyalı) bir krallıq qurmaq istəyirdi. Bunlar liberal-burjua partiyaları idi. Radikal-demokratlarla sosialistlər ikinci qismi təŞkil edirdilər. Bunlar çarlığın devrilməsini, yerində demokratik bir cümhuriyyət rejiminin qurulmasını tələb edirdilər. Eyni zamanda siyasi bir inqilabla kifayətlənməyən bu qrupa daxil olan sosialist partiyaları Avropa kapitalizmindən fərqli sosial bir reform proqramının tətbiqini də vacib görürdülər. Sosialist partiyaları idealist-xalqçı ideologiyasında sosialist-devrimçilərlə (qısaca eser), tarixi materializm ideologiyası daŞıyan sosial-demokrat (qısaca eser) zümrələrinə ayrılırdılar.

Bolşevik - menşevik mücadiləsi

Sosial - demokratlar məŞhur London konqresində (1903) ikiyə parçalanmıŞ; bir qolu Leninin liderliyində bolŞevik, digər qolu da Martovun liderliyində menŞevik fraksiyalarını təŞkil edirdilər. O sıralarda Qafqaz çarlıq idarə sistemi daxilində bir visruvalıq (vitsekrallıq, caniŞinlik) Şəklində idarə olunurdu. Əksəriyyətlə çar xanədanına mənsub bir prins tərəfindən idarə olunan Qafqazın idarə və intellektual mərkəzini təŞkil edən Tiflisdə menŞeviklər, petrol ocaqlar (neft mədənləri) ilə olduqca çiçəklənmiŞ bir sənaye mərkəzi olan Bakıda mədən və liman iŞçiləri arasında isə bolŞeviklər yuva qurmuŞdular. Sosial - demokrat partiyası Tiflis ilə Bakıda adətən bir qərargah qurmuŞ, bu iki düŞmən fraksiyası ixtilal hərəkatı üzərində müəssir olmaq üçün Qafqazın xalq kütlələrini qazanmağa çalıŞırdılar. Məlum olduğu üzrə bu iki fraksiyanı bir-birinə toqquŞduran ana mövzu məŞhur taktika məsələsi idi. MenŞeviklər rejimə qarŞı siyasi yolla mübarizə edərək çarlığı devirmək, yerinə cümhuriyyət idarəsi qoymağa tərəfdar olub, sosializm prinsiplərinin sosial quruluŞda müəssir olmasını tələb etdikləri halda, mövcud kapitalizm Şərtləri içində sosial bünövrənin cəbr və inqilab yolu ilə deyil, tədrici evolyusiya üsulları ilə gəliŞdirilməsini (inkiŞafını) tövsiyə edirdilər; bu məqsədlə onlar burjua sinfinin çarlıq rejimi əleyhində olan liberal və radikal zümrələri ilə siyasi koalisiya yapmağı lüzumlu görürdülər. Bir inqilab partiyası olaraq konspirasiya və gizli fəaliyyətdə olmasına baxmayaraq, bu fraksiya üzvləri Şərtlər əlveriŞli olunca qanuni imkanlardan da istifadə etməyi lüzumlu bulurdular: bu məqsədlə onlar iŞçi (fəhlə) sindikalarına soxularaq bunları iŞçi sinfinin həqiqi mənfəətlərini müdafiəyə ilk sırada önəm verməyə təŞviq edirdilər. Bir ixtilal partiyası olaraq bulunduğu konspirasiya Şərtləri daxilində belə menŞeviklər demokratik üsullara sədaqəti zəruri görür, təŞkilata daxil komitələrin aŞağıdan yuxarıya gələn demokratik bir seçim ierarxiyasına qəti bir önəm verirdilər. Halbuki bolŞeviklər buna tamamilə zidd olan bir taktika yeridirdilər; bir kərə bunlar burjua partiyaları ilə hər cür koalisiyanın əleyhində idilər; siyasi bir sistem olaraq, çarlıq rejimi ilə birlikdə onlar iqtisadi bir sistem olaraq kapitalizmi də devirmək əzmində idilər. IŞçi sindikalarına, iŞçilərin ekonomik mənfəətlərini müdafiədən ziyada bunları rejimə qarŞı daima müxalif və mücadilə edən bir ixtilal orqanı kimi baxırdılar. Partiyanın öz içindəki təŞkilat sisteminə gəlincə, aŞağıdan yuxarıya gedən bir demokratik sistemi deyil, yuxarıdan aŞağıya gələn bir ixtilal sistemini müdafiə edirdilər. “Inqilabçı azlıq” hakimiyyəti və mərkəziyyət bolŞevik partiyasının dəyiŞməz Şüarı idi. O zamankı Şərtlər daxilində Bakı Azərbaycan cümhuriyyətinin paytaxtını təŞkil edən Bakı o zamankı Şərtlər daxilində yalnız Rusiyada sosialist cərəyanlarının və çar əleyhdarı hərəkatların qaynar bir ocağı deyil, eyni zamanda Qafqazda yaŞayan müsəlmanların və xüsusilə Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik yapan bir Şəhər idi. Milli Azərbaycan hərəkatının hər dürlü siyasi, sosial, iqtisadi və kültürəl (mədəni) hərəkatları üzərində müəssir olan mərkəzi müəssisələr əksəriyyətlə burada bulunurdu. Bakı sənayesində, petrol ocaqlarında çalıŞan iŞçilərin böyük bir qismi ilə orta məktəblərdə təhsil edən gəncliyin mühüm qismini Azərbaycan türkləri təŞkil edirdilər. Bu səbəblə burada fəaliyyətdə bulunan ümumi ixtilal və müxalifət cərəyanlarının yanında müstəqilən hərəkatda bulunan yerli və milli qruplarla təŞkilatlar da vardı. O cümlədən tərəfimdən təŞkil olunmuŞ, üzvləri müxalif rus liselərində və digər orta məktəblərdə oxuyan Azərbaycan türk tələbələrindən ibarət gizli bir dərnək vardı. Bu dərnək mənsublarının milli hisslərini təhrik etmək, rus məktəblərində oxudulmayan türkcəni öz-özünə ilərlətmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmıŞ ixtilal Şeirlərini əzbərləmək və arada-sırada mətbəə üsulu ilə basılmıŞ bəyannamələr dağıtmaq, iŞçilər arasına gedərək hürriyyət və inqilab fikirlərini bunların arasında sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu. Dərnəyin mətbəə üsulu ilə intiŞar edən bir də “Hümmət” adını daŞıyan bir dərgisi (jurnalı) vardı. Cəmiyyət və xüsusilə gənclik içindəki hər cür qaynaŞma və birləŞmələri öz nüfuzları altına almaq üçün rəqabət edən bolŞeviklərlə menŞeviklərin fürsət qaçırmayan propaqandistləri, təbii, bizim dərnəyə də soxulur, hər necə olsa da bizləri öz hesablarına qazanmaq istəyirdilər. BolŞevik fraksiyası Tiflisə nisbətən Bakıda daha qüvvətli idi. Gərək bəhs etdiyim bu dərnəyimizə soxulan propaqandistlərdən, gərəksə baŞqa Şərtlər daxilində qarŞılaŞdığım çarlıq əleyhdarı bəzi Şəxslərdən Bakıda bolŞevik fraksiyasını idarə edən Koba adında enerjili birisinin olduğunu eŞitmiŞdim.

Stalinlə ilk təmas

Bakı Petrol Sənayesi IŞçiləri Sindikası adını daŞıyan bir təŞkilat vardı; iŞçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi quruluŞ pərdəsi altında gizlidən-gizliyə siyasi fəaliyyət də icra olunurdu. Çarlıq əleyhində gizli olaraq çalıŞan milli təŞkilat üzvlərindən əmim oğlu Məhəmməd Əli yuxarıda adı keçən sindikada katiblik vəzifəsini yapardı. Bir gün o, Kobranın bizimlə görüŞmək istədiyini xəbər verdi.* Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllərində bir fabrikanın iŞçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarŞımıza zəif, üzgün və * Məlum olduğu üzrə “Koba” Iosif Vissarionoviç CuqaŞvilinin ilk istifadə etdiyi uydurma addır. Qafqazda ikən bu adı götürmüŞdü; Stalin adını isə sonra, Rusiya daxilində çalıŞmağa baŞlarkən qəbul etmiŞdi. Yenə məlum olduğu üzrə “Koba” bir güclü romanından alınmıŞ çarlığa qarŞı mücadilə edən bir çete qəhrəmanının adıdır. ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu ilə çopurlanmıŞ üzünə diqqət etdim, ciddi bir tövrlə gülümsünürdü. Bizi təbii və sərbəst bir əda ilə qarŞıladı. Gürcü aksenti qüvvətlə hiss olunan bir rusca danıŞırdı. Adi xoŞ-beŞdən sonra söz siyasi və sosial məsələlərə keçdi. iübhəsiz ki, müsahibə o günlərin ən aktual bir məsələsi üzərinə gələcəkdi. O zamankı sosialistlər, ümumiyyətlə, marksistlər, bolŞeviklərdə xüsusən iŞçi sinfini və xüsusilə proletariatı idealizə etmək bir moda idi. Koba proletariat sinfinin digər siniflərə nisbətlə tarixən üstün bir sinif olması üzərində durdu, dünyadakı ədalətsizliklərin əsl səbəbi mülkiyyət əsasına dayanan kapitalist sistemindədir, dedi. Dünyanı həqiqətən məsum görmək istəyən həqiqi hürriyyət və ədalət tərəfdarları ona görə bu sistemi kökündən yıxmalıdırlar. Millətləri və çalıŞan xalqları zülm və istibdadı altında tutan çarlıq bu sistemə əsaslanmıŞdır. Çarlığın kökünü tamamilə kəsmək üçün bu mülkiyyət sistemi yıxılmalıdır. Belə dərin bir inqilaba ancaq mülkiyyətlə bağlı olmayan proletariat sinfi hazır olar. Çünki o heç bir Şeyə malik deyildir, onun malı ancaq iki əli ilə bir baŞıdır. Inqilab mövzusunda yalnız proletariatın səmimiyyətinə inanmaq mümkündür. Marksistlərin məŞhur seçilmiŞ sinif nəzəriyyəsinə uydurulan bu formulu Stalin bir də praktikada rastladığı bariz bir misalla təsvir etdi. Mən, dedi, bir qrup iŞçilərlə konspirasiya Şəraitində arada-sırada tapıŞır, təŞkilat və təbliğat iŞlərilə məŞğul olurdum. Bu qrupa gedib-gələnlərin biri haqqında bir gün yoldaŞlara Şübhələndiyimi söylədim, bu adam mənim heç xoŞuma getmir, dedim. Etibar edə bilmirəm. Sonra bir neçə dəfə qarŞılaŞsaq da, o adamı aramızda görmədim. Bir gün maraqlandım, nə oldu bu yoldaŞ, dedim, niyə gəlmir, deyə soruŞdum. IŞçilər: - Koba yoldaŞ, siz bu adama etibar yoxdur, dediniz ha!.. Biz də onu dərhal təmizliyə verdik!.. dedilər. Ilk tanıŞ olduğu bizlərə “proletariat sədaqəti” haqqında anlatdığı bu əhvalatdan çıxarılacaq nəticə aydındır.

Kobanın Vışinskiyə bir təbliği

Kobanı çox seyrək olaraq arada-sırada görürdüm. Dürlü konspirasiya Şərtləri daxilində nadir təsadüflər bizi qarŞılaŞdırırdı. 1905-ci ildən sonra çarlıq mexanizmasında baŞ verən sarsıntı və zəifləmək üzündən bəzi yerlərdə bir sıra ixtilal yüksəliŞi zühur edirdi. Bakı bu yüksəliŞ yerlərindən biri idi. Burada müxtəlif vasitələrlə baŞ verən ümumi tətilllər, siyasi nümayiŞlər və ümumi əfkarı çalxalandıran bir sıra soyğunçuluq, siyasi qətl kimi hadisələrin havası içində müxtəlif ixtilal təŞkilatlarının yarı gizli fəaliyyətləri formalaŞmaqda idi. Tez-tez toplantılar, konqreslər və konfranslar olurdu. Günün birində Bakı civarında petrol təsfiyəxanalarının (neftayırma zavodlarının) bulunduğu QaraŞəhər deyilən bir məhəldə idik. Gecənin gec saatlarında bir dülgər atelyesində çarlıq əleyhdarı müxtəlif inqilab təŞkilatlarına mənsub delegelərdən ibarət bir konfransda idik. Günün taktikasına aid olan müŞtərək məsələlər müzakirə edilməkdə idi. Müzakirələr yuxarıda qeyd etdiyim bolŞevik-menŞevik görüŞü üzərinə cərəyan edirdi. BolŞevik görüŞünü Koba, yəni Stalin, menŞevik görüŞünü isə indi sovetlərin millətlərarası sözçülüyünü yapan Andrey VıŞinski müdafiə edirdi. O zaman azərbaycanca intiŞar edən çarlıq əleyhdarı milli müxalifət orqanı “Təkamül” qəzetəsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi. Rus olmayan bir çoxları kimi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və qramer xətası da yapmamıŞ deyildim. Müzakirədə iŞtirak ilə təmsil etdiyim milli müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı çarlığın da kökünə vuran bolŞevik görüŞünə üstünlük verən bir ifadəm vardı. Bunu həzm etməyən o zamankı menŞevik VıŞinski yapdığım yanlıŞlıqlara eyhamla: - YoldaŞ, ədəbi deyil!.. - deyə üslubuma taxıldı (sataŞdı). Koba isə dərhal: - Haydı, yoldaŞ VıŞinski, bir çıxıb türkcə, azərbaycanca danıŞ, baxaq kim daha ədəbi danıŞır?.. - deyə ona qarŞı çıxdı.

Türkiyədə Gənc Türklər inqilabı

1908-ci ildə Türkiyədə Gənc Türklər inqilabı baŞ vermiŞdi. Hürriyyətsevən dərnəklərdə, xüsusən Qafqaz türk və müsəlmanlarının fikir və siyasi hərəkat mərkəzi olan Bakıda bu hadisə günün mövzusu idi. Bir təsadüflə Kobaya rast gəldim. - Osmanlı inqilabı haqqında bizim dərgiyə bir məqalə yazsanız, dedi. “Bizim dərgi”dən məqsədi yuxarıda bir münasibətlə qeyd etdiyim Sənaye IŞçiləri Sindikasının orqanı “Qudok” (“Düdük”) idi. Məqaləni yazdım. “Qudok” redaksiyonuna gətirdim. Redaksiyanın o zamankı bir çox müəssisələr kimi iki üzü vardı. Bir üzü rəsmi idi. Dərginin hökumətdən icazə almıŞ imtiyaz sahibi və məsul müdiri iŞçilərdən SaŞa Samartsev adında birisi idi. Bunun arxasında dərginin bir də gizli bir redaksiya heyəti vardı ki, buraya Koba ilə Timofeyev adında partiyalı bir münəvvər daxildi. Heyət bir çəkməçi dükanının pərdə ilə ayrılan arxa tərəfində toplanırdı. Türkiyədəki məŞrutiyyət inqilabı haqqında yazdığım məqaləni burada, bu çəkməçi dükanında oxuyacaq, tədqiq edəcəkdik. Məqaləni oxuduq. Timofeyev onu Şiddətlə tənqid etdi: - Öz burjuaziyamızı tənqid edir və hətta ona xor baxırıq. Rəsulzadənin məqaləsində isə Türkiyə burjua inqilabı öyülür. Özümüzdə xoŞ görmədiyimiz bir Şeyi nə deyə Türkiyədə xoŞ görüb, idealizə etməliyik? - dedi: məqalənin rəddini istədi. Koba müdaxilə etdi: - YoldaŞ yanılır, məsələni çox bəsitləŞdirirsən, - dedi. - Rusiya Şəraiti ilə Türkiyə Şəraiti bir-birindən ayrıdır; bizdə bir reaksiyon deyə hesab olunan hadisə Türkiyədə bir tərəqqi hadisəsidir. Rəsulzadənin məqaləsi çox yerindədir, orada yürüdülən mühakimə çox haqlıdır, məqalə basılmalıdır. Nəhayət, məqalə basıldı.

Bizim 200 rublə

Yuxarıda izah etdiyim hərci-mərc illərində Rusiyada və Qafqaziyanın hər tərəfində olduğu kimi, Bakıda da müxtəlif izinli və izinsiz cəmiyyətlər fəaliyyət halında idilər. Ümumi xeyir iŞləri və maarif yapan cəmiyyətlərlə bərabər gizli fəaliyyətlərdə bulunan siyasi-ideoloji təŞkilatlardan baŞqa hökumət idarəsindəki zəiflikdən istifadə edən bir çox soyğunçu dəstələri də fəaliyyətdə idilər. Müxtəlif ideyalar namına möhtəkirlik yapan bu quldur dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulu müqabilində buraxır, çox kərə böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xərraca bağlayırdılar. Bakının məŞhur milyonerlərindən Musa Nağı bir aralıq tutulmuŞ, verdiyi böyük miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuŞmuŞdu. Hali-fəaliyyətdə bulunan bu quldur dəstələri arasında bolŞevik partiyası hesabına çalıŞan bir dəstənin də mövcudiyyətindən bəhs olunurdu. Bu çetenin baŞında isə Erivan meydanının qəhrəmanı (bu hadisə məŞhurdur) Şəxsən Kobanın bulunduğu sonradan öyrənilmiŞdi. Sonraları, Istanbulda eŞitdiyim bir rəvayəti bu söylədiklərimlə ilgili olduğundan burada zikr edim: Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaŞ müqabilində Bakının “qoçu” deyə məŞhur olan qoçaqlarına əmanət etmiŞdilər. O cümlədən məŞhur petrol Şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə bağlaŞmıŞdı. Bu zat 1927-28-ci illərdə emiqrant ikən Istanbulda bir çoxlarına Bakıya aid xatirələri arasında Şayani-diqqət bir hekayə danıŞmıŞdı: BolŞevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan Şöbəsinə bir məktub gəlir. Məktub 50 000 rublənin müəyyən gün və saatda gələcək yoldaŞlara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın müdiri H.M.-i çağırır və ondan təyin olunan saatda terroristlərlə qarŞılanmasını tələb edir. H.M. bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaŞı ilə Koba (yəni Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxıŞla H.M.-i süzən Koba ona ismi ilə xitab edərək qandırıcı bir ifadə ilə: - H., deyir, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarŞı vuruŞan bir iŞçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz iŞçilər bu zülmün altındayıqsa, siz müsəlmanlar iki zülmün altındasınız. BaŞqasının xüsusi mənfəətini qorumaq üçün bizə qarŞı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də bunun içindədir. Bundan sonra H.M. bəyin müqaviməti qırılır və həmən arkadaŞlarına dönərək: - Biz pas, deyir. Mahiyyətinə qısaca təmas etdiyim bu dövrdə mən Bakıda maarif yayan “Nicat” cəmiyyətinin rəyasətində bulunurdum. Bu, rəsmi icazə ilə fəaliyyət yapan bir cəmiyyət idi. Onun pərdəsi altında siyasi fəaliyyətdə bulunan gizli bir qrup gizlənirdi. Bu qrup çarlığa qarŞı konspirasiya yapan bütün ixtilal partiyası və qrupları ilə təmas halında idi. Günün birində bolŞevik partiyası maliyyə komisyonuna mənsub üzvlərdən bir neçəsi mənə müraciət etdi: - MüŞtərək bağ gəzintisi yapaq, siz rəsmi ünvanınızı verir, biz də Şəhərdə və cəmiyyət içində nüfuzu olan məŞhur xanım və bəylərdən, tanınmıŞ aktyor və aktrisalardan mürəkkəb bir dəstə ilə bağ gəzintisinin baŞarılı olmasını təmin edərik, dedi. Nəticədə: “Necə olur-olsun, gəliri aramızda börüŞdürərik” təklifində bulundu. O dövrdə bu kimi kombinasiyalar adi iŞlərdəndi. Bunun heyrət ediləcək bir tərəfi yoxdu. Idarədəki yoldaŞlarla görüŞdüm. Hamısı çarlıq əleyhdarı adamlar olduğundan təklifi iyi qarŞıladılar. Hərəkətə keçildi. Bağ gəzintisi baŞlandı. Bakının məŞhur vali bağçasında tərtib olunan bu bağ gəzintisi üç gün davam edəcəkdi. Gəzintinin ilk günü baŞarılı oldu. YaxŞı gəlir əldə edildi. Bu temp ilə davam edəcək olursa, gəzintinin tam bir gəlir verəcəyi hər dürlü Şübhənin xaricində idi. Ikinci gün də gəzinti eyni temp ilə davam etdi. Bu arada Şərikimiz maliyyə komisyonu üzvlərindən Serebryakov mənə müraciət edir: “Kobanı tanıyırsan, onu Bayıl həbsxanasından (Bakının Bayıl burnu deyilən xəlicində üç tərəfi su olan bir həbsxana qalası ki, bir zaman mən də bunun sakinlərindəndim) qaçırmaq istəyirik, deyir. Bağ gəzintisinin baŞarılı olduğu və yaxŞı hasilat verəcəyi Şübhəsizdir. Bizim hissəmizə düŞəcək gəlir hesabına yoldaŞ Kobanın (yəni Stalinin) qaçırılmasını finansə etmək üzrə gəzintinin müdiri sifətilə 200 rubləlik bir avans versəniz minnətdar olarıq”, deyir; iŞin təcili olmasını da Kobanın iki gün sonra gedəcək məhbuslar kəfiləsi ilə göndərmək zərurəti ilə izah edir. “Hər ehtimala qarŞı bəklədiyimiz nəticə aldığımız avansı qapamayacaq olsa, hissəmizə düŞən açığı dərhal ödəməyi təəhhüd edirik”, deyə təminat verməyi də ihmal etmir. Məsələni yoldaŞlara deyirəm: istənilən avansı verməkdə bir maneə görülmür. Bağ gəzintisinin üçüncü günü kassadakı pulun hamısını, lotereya üçün zərgərlik mağazalarından borc edilmiŞ gümüŞ əŞya qalıqlarını və sairəni toplayaraq gəzintinin baŞ qadın müdiri madam Baykova, “maliyyə komisyonu” üzvü və “Nicat” cəmiyyəti idarə heyəti üzvlərindən bir yoldaŞla birlikdə nəticəni bir hesabat halında təsbit etmək üzrə madamın evinə doğru hərəkət edirik. Qubernator iqamətgahının yanında bulunan Şəhər bağçasından aralanmıŞ, elə yan küçələrindən birinə dönmüŞdük ki, əli silahlı banditlər arabalarımıza hücum edir, kassa pulu ilə gümüŞ əŞyanı alır, üstəlik madamın bilərzikləri ilə sırğalarını da çəkib qeyb olurlar. Təxmin edəcəyiniz bir həyəcan və təəssür içində madamın evinə gəlirik; normal protokol yapacağımıza polis zəbti hazırlamaq lazım gəlir. Bağ gəzintisi gözlənilmədən bir fiasko ilə nəticələnmiŞdi. Bizim Şəriklər indi zərərləri qapamaq deyil, aldıqları 200 rubləlik avansı belə qaytarmaq niyyətində deyillər. Bu gün-sabah deyə məsələni boyunlarından atırlar. IŞin arxası var: Soyğunçuların bizzat bolŞeviklər partiyasına mənsub terroristlər olduğu qüvvətlə söylənilir. Lenin iŞ baŞına gəlincə çarlığın millətlərarası bütün borclarını ləğv etmiŞ ikən, 1903-cü ildə Rusiya Sosial-Demokrat Partiyasının konqresini finansə etmək üçün yapılan borcu dərhal ödəmiŞ, “Inqilab öz borcunu ödəyər!” deyə lovğalanmıŞdı. Ya bizim 200 rublə...