Vəslin həvəsi ömrümü son anə yetirdi
Vəslin həvəsi ömrümü son anə yetirdi Müəllif: Nizami Gəncəvi Tərcümə edən: Əliağa Vahid |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Vəslin həvəsi ömrümü son anə yetirdi,
Hicran qəminin xəncərini qanə yetirdi.
Karvansaradır qəmli könül eşq yolunda,
Bu dərd yatağı karvanı karvanə yetirdi.
Ömriin gəmisi ruzigann dalğalarında,
Tufansız ötüb gör necə ümmanə yetirdi.
Tordan qurtaran quş ki, qayıtmaz tora bir də,
Keçmiş ömrü kim yenidən canə yetirdi?
Bilsən niyə biz bilməmişik qədrini vəslin!
Çünki, bizi bəxt, qəflətən ehsanə yetirdi.