Vikimənbə:Günün mətni/aprel 25
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm
Mirzə Ələsgər Növrəs
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,
Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,
Necə müddətdi könül bəzmi-səfa təşnəsidir,
Zindədil hal bilən əhli-vəfa mürdəsiyəm.
Şəhr əhli necəsi eylədi cox zülm mənə,
Qeybətu töhmətin axir belə pəjmurdəsiyəm.
Hər dənizadə mənim ustumə qalxızdı ayaq,
Deməzəm bir soz ona bəs ki, həya pərdəsiyəm.
Növrəsa, rövnəqi-əyyami-cavanlıq getdi,
Zövq əhli deyiləm, pirilik əfsurdəsiyəm.