Vikimənbə:Günün mətni/aprel 27
Ana və bala
Abbas Səhhət
Oturmuş ana,
Basmış bağrına –
Nazlı körpəsin,
Layla der ona.
Uşaq yatmayır,
Baxır, ağlayır,
Anası onu
Bu cür oxşayır:
“Dağda darılar,
Sünbülü sarılar,
Qoca qarılar,
Bu balama qurban.