Vikimənbə:Günün mətni/aprel 9
Biz necə iş görürük
Üzeyir Hacıbəyov
Biz necә iş görürük?
Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq. O şey nədir? O şey nәrdivandır!
Necә yәni nәrdivan? Nәrdivan nәdir? Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdriclә yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar.
Bu belә.
Bundan başqa, bir dә biz һәmişә başımızdan yekә iş görürük. Amma bunun sәbәbi var.
Sәbәbi dә budur. Qonşularımız siçan boyda iş gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu. Amma biz yatmışdıq. Vә camış dönüb dəvә olanda da biz yatmışdıq. Biz ançaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görmәyә başladılar.