Vikimənbə:Günün mətni/avqust 15
Eşidənlərə
Cəfər Cabbarlı
Sevgilim əhbabi məndən qət ediblər ülfəti,
Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti!..
İttihadi-mənəvi məhv oldu lövhi-əsrdən,
Eyləmiş cəsusi-qəflət dərmiyan ziddiyyəti!
Əşki-çeşmimdir buludlardan yağan əmtarlər,
Dudi-ahımdan dürər şəmsin şüai hiddəti!..
Ümmət dad etdikcə istiğnayi ərbab qana,
Əqrablıq puç olub məhv eyləyir qövmiyyətü.
Vasif!.. Məqtudur həbl ələmiyyətən ittifaq,
Iştə məfrud ittifaqın parlayan ülviyyəti!
İftixar əhli-aləm elmədir! Biz çox əcəb,
Cəhlə qarşu tutmuşuq min şövq ilə ünsiyyəti!