Vikimənbə:Günün mətni/iyun 14
Zülfün
Aşıq Qurbani
Gündüzün mehridi, gecənin mahı,
Qüdrət üçün sirri-ilahi zülfün.
Ucun tutan gedər həşri-behiştə,
Möminlərin püştü, pənahı zülfün.
Şəmsi mat eylədi cəmalın şövqi,
Səni görcək artdı qəmərin zövqi
Göydə mələklərin səndən yox fərqi,
Nurdan sənə çəkmiş külahi zülfün.
Qurbani der: Gözüm, yuxudan oyan,
O min bir adı gəl etgilən bəyan,
Sərasər yazılıb ayeyi-Quran,
Katiblər şərh edir, ənahi-zülfün.